​Ermənistanda prezident sarayına doğru irəliləyən nümayişçilər mühasirəyə alınıb

​Ermənistanda prezident sarayına doğru irəliləyən nümayişçilər mühasirəyə alınıb KİV nümayəndələri ərazidən sıxışdırılaraq kənarlaşdırılır
Region
23 İyun , 2015 00:04
​Ermənistanda prezident sarayına doğru irəliləyən nümayişçilər mühasirəyə alınıb

Bakı. 23 İyun. REPORT.AZ/ İyunun 19-dan Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisi qiymətlərinin qaldırılmasına qarşı çıxan minlərlə insanın etiraz aksiyası davam edir.

"Report" "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, insanlar artıq ölkə başçısı Serj Sarkisyanın iqamətgahına doğru irəliləməyə başlayıblar.

Eyni zamanda prezident sarayı artıq çoxlu sayda polis əməkdaşları ilə əhatə olunub. Bundan əlavə, bildirilir ki, mülki geyimli şəxslər KİV nümyəndələrini tədricən ərazidən kənarlaşdırmağa çalışırlar.

İrəvanın polis rəisinin müavini Valeri Osipyan bəyan edir ki, etiraz aksiyasına icazə verilmədiyi üçün o qanunsuz hesab olunur.

Öz növbəsində Serj Sarkisyan nümayişçilərin yürüşə son qoyacaqları təqdirdə fəallardan ibarət üç-dörd nəfəri qəbul etməyə razılıq verib. Etirazçılar isə bu təklifi rədd ediblər və bunun onlar üçün məqbul olmadığını bəyan ediblər.

Hazırda polis Baqramyan prospektində nümayişçiləri mühasirəyə alıb, mitinqiçlər isə buna cavab olaraq sərbəst yürüş tələb edərək oturaq aksiyaya başlayıblar.

Son xəbərlər

Orphus sistemi