Yuxarı

Ermənistanda milli valyutanın dəyərdən düşməsi əhalinin narazılığını daha da artırıb

İqtisadiyyatı çökən Ermənistanda ÜDM artımı 1 faiz səviyyəsindədir

Bakı. 27 may. REPORT.AZ/ Ermənistanda milli valyutanın dəyərini itirməsi istehlak mallarının qiymətini artırıb. Bu isə onsuz da narazı əhalini daha da qəzəbləndirib. Ölkədə dolların və digər xarici valyutaların qiyməti də getdikcə artır. Zəruri ərzaq mallarının qiymətinin bir neçə dəfə qalxması əhalinin kəskin narazılığına səbəb olub. Hökumət dramın möhkəmlənməsi üçün imkanların mövcud olmadığını bildirir.

İqtisadçı ekspert Vaaqn Xaçatryan deyib ki, dramın dəyərini itirməsi Ermənistanda böyük inflyasiyaya səbəb olacaq. Heç bir istehsalı olmayan, iqtisadiyyatı çökən Ermənistanda ümumi daxili məhsulun artımı ən aşağı səviyyədə - 1 faiz səviyyəsində qiymətləndirilir. Bu il inflyasiya 4 faiz təşkil edir, gələn il isə 6,4 faizə yüksələcək.

"Report"un verdiyi xəbərə görə, “Joxovurd” qəzeti yazır ki, illərdən bəri verilən vədlərə baxmayaraq, Ermənistanda heç bir inkişaf nəzərə çarpmır. Ölkənin düşdüyü böhran və gündən-günə artan işsizlik erməniləri bezdirib. İndi də əhali enerji tariflərininin bahalaşacağından narahatdır. Hökumət bildirir ki, əgər tariflər artırılmasa, ölkənin energetika sahəsi məhv olacaq. Ermənistanın təkcə mavi yanacağa görə borcu 300 milyon dollara çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi