Ermənistanda merin 17 yaşlı oğlu maşınla adam vuraraq öldürüb

Ermənistanda merin 17 yaşlı oğlu maşınla adam vuraraq öldürüb Razdan şəhərinin meri Aram Danielyan hakim Respublikaçılar Partiyasının üzvüdür
Region
9 İyun , 2017 20:17
Ermənistanda merin 17 yaşlı oğlu maşınla adam vuraraq öldürüb

Bakı. 9 iyun. REPORT.AZ/ Ermənistanda Razdan şəhərinin meri Aram Danielyanın 17 yaşlı oğlu Razmik Danielyan idarə etdiyi avtomobillə 58 yaşlı Valeri Torosyan adlı kişini vuraraq hadisə yerindən qaçıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Valeri Torosyan xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyib.

Merin oğlu qəzanın izini itirmək üçün avtomobilin dövlət nömrə nişanını çıxarıb. Onun sürücülük vəsiqəsi olmayıb. Razdan Şəhər Polis İdarəsinin rəisi ictimaiyyəti qəzanı Razmik Danielyanın törətmədiyinə inandırmağa çalışır.

Qeyd edək ki, Razdan şəhərinin meri Aram Danielyan hakim Respublikaçılar Partiyasının üzvüdür. İki dəfə bu vəzifəyə seçilib. 

Son xəbərlər

Orphus sistemi