Ermənistanda məktəb direktoru özünü asaraq intihar edib

Ermənistanda məktəb direktoru özünü asaraq intihar edib Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistanın Geğarkunik vilayətində yerli məktəb direktorunun meyiti öz mənzilində asılmış vəziyyətdə tapılıb.
Region
27 Avqust , 2018 10:44
Ermənistanda məktəb direktoru özünü asaraq intihar edib
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistanın Geğarkunik vilayətində yerli məktəb direktorunun meyiti öz mənzilində asılmış vəziyyətdə tapılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ötən gecə Martuni şəhər Polis Bölməsinə mənzillərin birinin sakininin telefon zənglərinə və qapının döyülməsinə cavab vermədiyi ilə bağlı məlumat daxil olub.

Polis qapını açaraq içəri girib və ev sahibi, 38 yaşlı Nairi Movsesyanın meyitini dəhlizdə metal borudan asılı vəziyyətdə aşkar edib.

Hadisə yerinə həmçinin İstintaq Komitəsinin əməkdaşları da cəlb olunub.

N.Movsesyan Martunidə 2 nömrəli əsas məktəbin direktoru vəzifəsində işləyib. Onun iki yetkinlik yaşına çatmayan övladı var.

Son xəbərlər

Orphus sistemi