Ermənistanda məhkəmə qeyri-döyüş şəraitində ölən əsgər analarının şikayətin təmin etməyib

Ermənistanda məhkəmə qeyri-döyüş şəraitində ölən əsgər analarının şikayətin təmin etməyib Vəkil Robert Revazyan məhkəmənin belə qərar çıxaracağını gözlədiklərinin bildirib
Region
6 İyun , 2017 19:03
Ermənistanda məhkəmə qeyri-döyüş şəraitində ölən əsgər analarının şikayətin təmin etməyib

Bakı. 6 iyun. REPORT.AZ/ Ermənistanın İnzibati Məhkəməsi qeyri-döyüş şəraitində ölmüş Tiqran Ohancanyanın anası Qoar Sarqsyanın şikayətini təmin etməyib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hərbçi anasının vəkili Robert Revazyan məhkəmənin belə qərar çıxaracağını gözlənilən oldğunu deyib.

Qedy edək ki, 2015-ci il fevralın 11-də Ermənistanda övladları qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları ölkə prezidenti Serj Sarqsyanın iqamətgahı yaxınlığıdan etiraz aksiyası keçirrərkən, polis zorakılığına məruz qalıblar. Onda Qoar Sarqsyanın səhhəti ağırlaşıb, paltarı və ayaqqabısı cırılıb. Həmin zorakılıqla bağlı əsgər anaları polsidən məhkəməyə şikayət edib.

Xatırladaq ki, 2010-cu il yanvarın 27-də Ermənistan prezidenti Serj Sarqsyan qeyri-döyüş şəraitində ölən əsgərlərin analarına o vaxt üçün təyin etdiyi yeni hərbi prokuror Gevorq Kostyanın məsələ ilə ciddi məşğul olacaq və ədalətli istintaq aparılacağını söz verib.

Həmin aksiyada 2007-ci ildə Ermənistan Silahlı Qüvvələri sıralarında xidmət zamanı, ölmüş əsgər Tiqran Ohancanyanın anası Qoar Sarqsyan onları ərazidən uzaqlaşdırmaq istəyən polis əməkdaşlarına müraciət edərək deyib: "Qoy, sizin prezident aşağı düşüb, verdiyi sözə əməl etsin. Əgər onun kişiliyi çatırsa qoy desin ki, bağışlayın, verdiyim sözə əməl edə bilmirəm. Çünki sizin övladlarınızı türklər deyil, sıravi əsgərlər deyil, generallar və komandirlər məhv edib. Biz bu işi aparıb, dalana salmışıq". O sizin prezidentdir, bizim yox. Əgər prezidentimiz olsaydı, bizimlə görüşər, anaların çəkdiyi əziyyəti görərdi".

Son xəbərlər

Orphus sistemi