Ermənistanda məhkəmə hakimi rüşvətə görə həbs edilib

Ermənistanda məhkəmə hakimi rüşvətə görə həbs edilib Vilayət prokuroru da şübhəli şəxs qismində saxlanılıb
Region
9 İyun , 2017 19:20
Ermənistanda məhkəmə hakimi rüşvətə görə həbs edilib

Bakı. 9 iyun. REPORT.AZ/ Yerevanın Arabkir və Kanaker-Zeytun rayonlarının qərarı ilə iyunun 9-da Geqarkunik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Vanik Vardanyan həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Vanik Vardanyan məhkəmə zalında tutularaq cəzaçəkmə müəssisəsinə aparılıb.

Onun vəkili Ruben Akopyan məhkəmənin qərarının əsassız olduğunu bildirib.

Bu cinayət işi ilə bağlı hakimin sürücüsü, vilayətin prokuroru S.Şxoyan da şübhəli şəxs qismində saxlanılıb.

Məsələ ilə bağlı məhkəmə prosesi davam edir. 

Son xəbərlər

Orphus sistemi