Ermənistanda məhbuslar həbsxanada qiyam qaldırıblar

Ermənistanda məhbuslar həbsxanada qiyam qaldırıblar Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar
Region
1 Noyabr , 2017 12:46
Ermənistanda məhbuslar həbsxanada qiyam qaldırıblar

Bakı. 1 noyabr. REPORT.AZ/ Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.

Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.

Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb. 

Son xəbərlər

Orphus sistemi