Ermənistanda KTMT-nin xüsusi təyinatlı qüvvələrinin təlimi başlayıb

Ermənistanda KTMT-nin xüsusi təyinatlı qüvvələrinin təlimi başlayıb İki gün davam edəcək "Kobalt-2016" təliminə şəxsi heyətin 500-dən çox üzvü və 20 ədəddən çox xüsusi zirehli texnika cəlb olunub
Region
24 May , 2016 16:53
Ermənistanda KTMT-nin xüsusi təyinatlı qüvvələrinin təlimi başlayıb

Bakı. 24 may. REPORT.AZ/ Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Reaksiya Qüvvələrinin (KORQ) xüsusi təyinatlı qüvvələrinin təlimi başlayıb.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, ilk dəfə Ermənistanda "Baqramyan" təlim mərkəzinin bazasında keçirilən və iki gün davam edəcək "Kobalt-2016" təliminə şəxsi heyətin 500-dən çox üzvü, 20 ədəddən çox xüsusi zirehli texnika, azı 4 döyüş və hərbi-nəqliyyat helikopteri (Mi 24 və Mi-8) cəlb olunub.

Təlimlərdə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ermənistanın daxili qoşunlarının xüsusi təyinatlıları, eləcə də Rusiya Milli Qvardiyasının nümayəndələri iştirak edirlər.

Təlimlər zamanı terrorçu qrupların fəaliyyətinin qarşısını almaq üçün birgə əməliyyatlar, qanunsuz silah, partlayıcı və narkotik maddələr alveri kanallarının bağlanması üzrə əməli işlər görüləcək, şəxsi heyətin tapşırığı yerinə yetirən zaman əməliyyat-döyüş hazırlığı artırılacaq.

Son xəbərlər

Orphus sistemi