Ermənistanda koronavirusdan ölənlərin sayı 60-a çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 60-a çatıb Ermənistanda ötən gün koronavirusa daha 189 yoluxma qeydə alınıb.
Region
17 May , 2020 11:16
Ermənistanda koronavirusdan ölənlərin sayı 60-a çatıb

Ermənistanda ötən gün koronavirusa daha 189 yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin saytında bildirilir.

Qeyd edilir ki, bununla da COVID-19 xəstələrinin ümumi sayı 4 470-i ötüb. Ötən gün Ermənistanda daha beş nəfər koronavirusdan ölüb.  

"Ermənistanda koronavirusa 4 472 yoluxma təsdiq edilib, 1 925 pasiyent sağalıb. 60 insan ölüb", - nazirlikdə qeyd edilib.

Hazırda ölkədə 2 463 nəfər müalicə edilir. Məlumata görə, koronavirusla bağlı ümumilikdə 40 230 test keçirilib. 

Son xəbərlər

Orphus sistemi