Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatdı Ermənistanda daha 596 nəfərdə koronavirus aşkarlanıb.
Region
5 İyun , 2020 10:56
Ermənistanda koronavirusdan ölənlərin sayı 183-ə çatdı

Ermənistanda daha 596 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 11 817-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 183-ə çatıb. Bildirilib ki, indiyədək 3 513 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 052 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,7 milyonu ötüb. Bunların 3,2 milyon nəfərdən çoxu sağalıb, 393 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi