Ermənistanda koronavirusa yoluxanların sayı 1 401-ə, ölənlərin sayı 24-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 1 401-ə, ölənlərin sayı 24-ə çatıb Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb.
Region
21 Aprel , 2020 11:00
Ermənistanda koronavirusa yoluxanların sayı 1 401-ə, ölənlərin sayı 24-ə çatıb
0 : 00
0 : 00

Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 1 401-ə çatıb. Ölənlərin sayı isə 2 nəfər daha artaraq 24-ə yüksəlib.

Bildirilib ki, indiyədək 609 nəfər virusdan sağalıb.

Qeyd edək ki, aprelin 20-nə olan məlumata görə, ölkədə bir gündə 48 yoluxma faktı qeydə alınmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 483 000-i ötüb. Bunların 652 552 nəfəri sağalıb, 170 498 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi