Ermənistanda koronavirusa yoluxanların sayı 19 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 19 mini ötdü Ermənistanda daha 665 nəfərdə koronavirus aşkarlanıb.
Region
19 İyun , 2020 10:50
Ermənistanda koronavirusa yoluxanların sayı 19 mini ötdü

Ermənistanda daha 665 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununlada Ermənistanda virusa yoluxanların sayı 19 157-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 319-a çatıb. İndiyədək 8 266 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 10 462 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,5 milyonu ötüb. Bunların 4,5 milyondan çoxu sağalıb, 456 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi