Ermənistanda koronavirusa yoluxanların sayı 12 300 keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 12 300 keçdi Ermənistanda son sutkada daha 547 nəfərdə koronavirus aşkarlanıb.
Region
6 İyun , 2020 11:14
Ermənistanda koronavirusa yoluxanların sayı 12 300 keçdi

Ermənistanda son sutkada daha 547 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 12 364-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 7 nəfər artaraq 190-a çatıb. Bildirilib ki, indiyədək 3 720 pasiyent infeksiyadan sağalıb. Hazırda Ermənistanda 8 385 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi