Ermənistanda koronavirus xəstələrinin sayı 24,6 mini ötdü

Ermənistanda koronavirus xəstələrinin sayı 24,6 mini ötdü Ermənistanda son sutkada COVID-190-a 736 yeni yoluxma qeydə alınıb.
Region
28 İyun , 2020 11:05
Ermənistanda koronavirus xəstələrinin sayı 24,6 mini ötdü

Ermənistanda son sutkada COVID-190-a 736 yeni yoluxma qeydə alınıb. 

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, bununla da koronavirusa yoluxanların ümumi sayı 24 645 nəfərə çatıb. 

Qeyd edilir ki, son sutkada daha 6 nəfər təhlükəli infeksiyadan ölüb. Beləliklə, ölkədə koronavirusdan ölənlərin sayı 427 nəfərə çatıb.

Eyni zamanda virusa yoluxmuş 13 116 nəfər sağalıb. Son sutkada sağalanların sayı ilə bağlı göstərici 205 nəfər təşkil edir. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi