Ermənistanda keçirilən parlament seçkilərində 73 qanun pozuntusu qeydə alınıb - YENİLƏNİB

Ermənistanda keçirilən parlament seçkilərində 73 qanun pozuntusu qeydə alınıb - YENİLƏNİB Qanun pozuntularının bir qismi istintaqa yönləndirilib, bir qismi isə yoxlanılır
Region
2 Aprel , 2017 20:53
Ermənistanda keçirilən parlament seçkilərində 73 qanun pozuntusu qeydə alınıb - YENİLƏNİB

Bakı. 2 aprel. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsi bu gün yerli vaxtla saat 19-a olan məlumata əsasən parlament seçkilərində səsvermə zamanı 73 qanun pozuntusu haqda məlumat alıb.   

"Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Məlumatda bildirilir ki, qanun pozuntularının 27-i paytaxt Yerevandakı seçki məntəqələrinin, digərləri isə ayrı-ayrı vilayətlərdəki seçki məntəqələrinin payına düşür.  

Qeyd edək ki, qanun pozuntularının bir qismi istintaqa yönləndirilib, bir qismi isə yoxlanılır. 

Parlament seçkiləri artıq başa çatıb.

***17:45

Aprelin 2-si yerli vaxtla saat 15:00-a olan vəziyyətə görə, Ermənistan polisi parlament seçkilərinin səsverməsi zamanı qanun pozuntusu barədə 41 məlumat qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, onlardan 5-i istintaqa yönləndirilib, 11-i üzrə material hazırlanır və 25-i yoxlanılır.

Son xəbərlər

Orphus sistemi