Bakı. 1 noyabr. REPORT.AZ/ Ermənistanda keçiriləcək parlament seçkilərinə 5,3 milyon dollar vəsait ayrılıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə nazirinin birinci müavini Atom Cancuqazyan noyabrın 1-də dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlament dinləmələrində bildirib.
Xatırladaq ki, 2017-ci ilin aprelində Ermənistanda parlament seçkilərinin keçirilməsi gözlənilir.