​Ermənistanda jurnalistlərə 200 dəfədən çox hücum olub

​Ermənistanda jurnalistlərə 200 dəfədən çox hücum olub Levon Barseqyan: "Təkcə 2014-cü ildə KİV təmsilçilərinə 9 dəfə hücum edilib"
Region
5 May , 2015 15:44
​Ermənistanda jurnalistlərə 200 dəfədən çox hücum olub

Bakı. 5 may. REPORT.AZ/ Son 10 ildə Ermənistanda kütləvi informasiya vasitələrinin (KİV) təmsilçilərinə 200 dəfədən çox hücum olub.

"Report" "Newsarmenia"ya istinadən xəbər verir ki, bu haqda Ermənistanın "Asparez" Jurnalistlər Klubunun sədri Levon Barseqyan bildirib.

"Təkcə 2014-cü ildə jurnalistlərə 9 dəfə hücum edilib və cəmi 4 hadisədə informasiya vasitəsi təmsilçisinin şikayəti icraata götürülüb", - o vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi