Yuxarı
    Bağlamaq

    ​Ermənistanda ictimai fəal və ekspert qətlə yetirilib

    Polis onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb

    Bakı. 1 aprel. REPORT.AZ/ Ermənistanda ictimai fəal və ekspert Karen Vardanyanın meyiti Yerevanda qarajda aşkar edilib.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə polisinin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, "İnformasiyalı vətəndaşlar birliyi" İctimai Təşkilatın eksperti, 1982-ci ildə anadan olmuş Karen Vardanyan martın 17-də itkin düşüb. O, Birləşmiş Ərəb Əmirliyinə bir həftəliyə məzuniyyətə getmək adı ilə evdən çıxıb və qayıtmayıb.

    Ötən gecə polis onun meyitini Yerevanda qarajlardan birində aşkarlayıb.

    Məlumata görə, Gevorq Zoqrabyan (1993-cü ildə anadan olub) və Artur Miqranyan (1973) Karen Vardanyan şübhəli şəxs qismində saxlanılıb. İstintaq aparılır.

    Qətlin baş vermə səbəbi haqda məlumat verilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi