Ermənistanda Xocalı faciəsi ilə əlaqədar çıxışına görə Rodninanın adına olan məktəbin adı dəyişdirilib

Ermənistanda Xocalı faciəsi ilə əlaqədar çıxışına görə Rodninanın adına olan məktəbin adı dəyişdirilib Ermənistanın Yerevan şəhər meriyasının Ağsaqqallar Şurası İrina Rodnina adına fiqurlu konkisürmə məktəbinin adınının dəyişdirilməsinə səs verib.
Region
8 May , 2019 15:39
Ermənistanda Xocalı faciəsi ilə əlaqədar çıxışına görə Rodninanın adına olan məktəbin adı dəyişdirilib
© Report/Firi Salim

Ermənistanın Yerevan şəhər meriyasının Ağsaqqallar Şurası İrina Rodnina adına fiqurlu konkisürmə məktəbinin adınının dəyişdirilməsinə səs verib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

"Luys" fraksiyasının Rodnina adına fiqurlu konkisürmə məktəbinin adının dəyişdirilməsi ilə bağlı təklifi qəbul olundu", - səsvermədən sonra Yerevan meri Ayk Marutyan bildirib.

Bundan sonra obyekt Yerevan fiqurlu konkisürmə və hokkey idman məktəbi adlanacaq.

"Luys" fraksiyasının nümayəndəsi qeyd edib ki, İ.Rodnina Bakıda antiermənistan çıxışları edib.

Daha əvvəl ermənistanlı deputatlar məktəbə İrina Rodninanın adının verilməsi ilə bağlı 2015-ci ildə qəbul edilmiş qərarın dəyişdirilməsi və məktəbin adının dəyişdirilməsi məqsədilə Yerevan Ağsaqqallar Şurasına müraciət etməyi təklif ediblər.

Buna Olimpiya çempionunun Bakıya səfəri və Xocalı faciəsinin ildönümü ilə əlaqədar yürüşdə iştirak etməsi səbəb olub.

Daha əvvəl Rusiya Dövlət Dumasının Beynəlxalq işlər komitəsinin sədr müavini İ.Rodnina çıxışında bildirib ki, Rusiyada Xocalı faciəsi haqqında daha çox şey bilməlidirlər.

Son xəbərlər

Orphus sistemi