Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası genişlənir

Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası genişlənir Yerevan Dövlət Universiteti tələbələrinin aksiyasına Ermənistanın başqa ali məktəblərində oxuyanlar da qoşulacaq
Region
13 Noyabr , 2017 12:18
Ermənistanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası genişlənir

Bakı. 13 noyabr. REPORT.AZ/ Yerevan Dövlət Universiteti tələbələrinin “Elmin inkişafı naminə” şüarı ilə keçirdikləri etiraz aksiyasına Ermənistanın başqa ali məktəblərində təhsil alanlar da qoşulacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu “Elmin İnkişafı Naminə” hərəkatın korrdinatoru David Petrosyan bildirib.

Onun sözlərinə görə, hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi elm sahəsinin maliyyələşdirilməsinin azlığı və təhsilin keyfiyyətinin aşağı səviyyədə olmasının göstəricisidir: "Bunu da ölkədə hamı bilir".

Qeyd edək ki, noyabrın 7-dən Yerevan Dövlət Universitetinin tələbləri tətil elan ediblər və etiraz aksiyası keçirirlər. Noyabrın 13-də etiraz aksiyası bərpa olunub.

Ölkənin “Hərbi xidmətçilərin statusu və hərbi xidmət haqqında” qanuna layihəsi oktyabrın 27-də parlamentdə birinic oxunuşda qəbul edilib. Həmin sənəddə təhsil alan tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğv edilməsi öz əksinin tapıb. Etiraz aksiyası keçirən tələblər hesab edirlər ki, bu qanun elm və təhsilin potensialına zərbə vuracaq. 

Son xəbərlər

Orphus sistemi