​Ermənistanda hərbi xidmətdən qaçan şəxs Rusiyada tutulub

​Ermənistanda hərbi xidmətdən qaçan şəxs Rusiyada tutulub Eyni zamanda Ukrayna və Azərbaycan vətəndaşları da deportasiya edilib
Region
8 Avqust , 2016 06:36
​Ermənistanda hərbi xidmətdən qaçan şəxs Rusiyada tutulub

Bakı. 8 avqust. REPORT.AZ/ Rusiyanın Kemerovo vilayətinin məhkəmə pristavları ölkə ərazisində qeyri-qanuni yaşayan üç əcnəbini ölkələrinə deportasiya ediblər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, onlardan biri erməni ordusunda xidmət etməkdən boyun qaçırdığı üçün axtarışda olan şəxsdir.

Məhkəmə Pristavları Federal Xidmətinin Kuzbass üzrə İdarəsinin məlumatına görə, ötən cümə axşamı Ermənistan, Azərbaycan və Ukrayna vətəndaşı öz ölkələrinə göndərilib. Onların heç birinin Rusiya ərazisində qalma və ya yaşama hüququ verən sənədi olmayıb.

Son xəbərlər

Orphus sistemi