Bakı. 23 iyul. REPORT.AZ/ Ermənistanda kiçik çavuş, müddətli hərbi xidmətdə olan əsgər Vardan Artavazdoviç Melkonyan intihar edib.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Kədər hissi ilə bildiririk ki, iyulun 23-ü təqribən 06.30 radələrində hərbi hissələrdən birinin yaxınlığında hissəni özbaşına tərk etmiş 1998-ci il təvəllüdlü kiçik çavuş Vardan Artavazdoviç Melkonyanın asılmış vəziyyətdə meyiti tapılıb. Təhqiqat aparılır", - deyə məlumatda qeyd olunur.