​Ermənistanda hərbi hissədə əsgər meyiti aşkarlanıb

​Ermənistanda hərbi hissədə əsgər meyiti aşkarlanıb Onun ölümünün səbəbi araşdırılır
Region
26 Aprel , 2016 11:58
​Ermənistanda hərbi hissədə əsgər meyiti aşkarlanıb

Bakı. 26 aprel. REPORT.AZ/ Ötən gün gecə saatlarında Ermənistanda İcevandakı hərbi hissələrdən birinin kazarmasında həqiqi hərbi xidmətə çağırılan Ohanes Petrosyanın meyiti aşkar edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, əsgər başından güllə yarası alıb.

Ohanes Petrosyanın ölümünün səbəbi araşdırılır.  

Son xəbərlər

Orphus sistemi