Ermənistanda hərbçilərə rüşvət ittihamı ilə cinayət işi açılıb

Ermənistanda hərbçilərə rüşvət ittihamı ilə cinayət işi açılıb Qevork Mkrtçyan Qreqin Ayrapetyana 200 dollar rüşvət müqabilində onun zabit rütbəsinin artırılmasına söz verib
Region
17 Dekabr , 2016 01:50
Ermənistanda hərbçilərə rüşvət ittihamı ilə cinayət işi açılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Ermənistanın "N" saylı hərbi hissəsinin zabitlərinə cinayət işi açılıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, tağım komandiri Gevorq Mkrtçyan iş yoldaşından rüşvət almaqda ittiham edilir.

Ermənistan Məhkəmə Departamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Qevork Mkrtçyan Qreqin Ayrapetyana 200 dollar rüşvət müqabilində onun zabit rütbəsinin artırılması üçün üçüncü şəxsdən xahiş edəcəyini vəd verib. Lakin Gevork Mkrtçyan pulu alaraq onu özündə saxlayıb. Onun bu pulu kimin adından istifadə edərək aldığı açıqlanmır.

Hər iki şəxsə qarşı cinayət məcəlləsinin müvafiq maddələri üzrə ittiham edlan edilib və iş məhkəməyə göndərilib. Qeyd edək ki, bir neçə ay bundan əvvəl də hərbi hissənin komandirlərindən birinə hissənin yanacaq ehtiyatını satması faktı ilə əlaqəda rcinayət işi açılmışdı. 

Son xəbərlər

Orphus sistemi