Ermənistanda hərbçilər yol polisinə hücum edib, iki nəfər yaralanıb

Ermənistanda hərbçilər yol polisinə hücum edib, iki nəfər yaralanıb Polisə hücum edən hərbçilər arasında zabitlər də olub
Region
8 May , 2017 09:56
Ermənistanda hərbçilər yol polisinə hücum edib, iki nəfər yaralanıb

Bakı. 8 may. REPORT.AZ/ Ermənistanda bir qrup hərbçi Yol Patrul Xidmətinin iki əməkdaşını döyüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, döyülmə nəticəsində xəsarət alan polis əməkdaşları - 38 yaşlı Artak Sarkisyan və 32 yaşlı Zoqrab Qalstyan xəstəxanaya yerləşdirilib.

İnformasiyaya görə, polisə hücum edən hərbçilər arasında zabitlər də olub. 

Son xəbərlər

Orphus sistemi