Ermənistanda hərbçi qəza törədib, ölən var

Ermənistanda hərbçi qəza törədib, ölən var O, 51 yaşlı Svetlana Beqlaryanı vuraraq öldürüb
Region
11 Dekabr , 2017 10:08
Ermənistanda hərbçi qəza törədib, ölən var

Bakı. 11 dekabr. REPORT.AZ/ Ermənistanda hərbçi qəza törədib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Tavuş vilayətinin İcevan şəhərində baş verib.  

Ermənistan Silahlı Qüvvələrinin 21 yaşlı hərbçisi Arsen Kirakosyan idarə etdiyi motoskletlə İcevan şəhər sakini, 51 yaşlı Svetlana Beqlaryanı vuraraq öldürüb.

A.Kirakosyan Ermənistan Müdafiə Nazirliyində müqavilə əsasında hərbi xidmət edir.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi