Ermənistanda hərbçi öz əsgər yoldaşını maşınla vuraraq öldürüb

Ermənistanda hərbçi öz əsgər yoldaşını maşınla vuraraq öldürüb Hadisə hərbçi yük maşınının sükanı arxasında olan zaman baş verib
Region
1 Sentyabr , 2016 01:49
Ermənistanda hərbçi öz əsgər yoldaşını maşınla vuraraq öldürüb

Bakı. 01 sentyabr. REPORT.AZ/ Ermənistanda "N" saylı hərbi hissənin hərbçisi Qarnik Avetisyanın maşınla vurularaq öldürülməsi faktı üzrə istintaq başa çatıb və iş məhkəməyə göndərilib.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Məhkəmə Departamentinin mətbuat xidməti məlumat yayıb.

İttiham qərarına görə, əsgər Ayk Arutyunyan aprelin 11-i gündüz saatlarında "Ural 4320" markalı yük maşınının sükanı arxasında olarkən əsgər yoldaşı Qarnik Avetisyanı vurub.

Ayk Arutyunyana qarşı Cinayət Məcəlləsinin 377-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi