Ermənistanda hərbçi minaya düşüb

Ermənistanda hərbçi minaya düşüb Hadisənin təfərrüatları araşdırılır
Region
19 İyul , 2017 17:40
Ermənistanda hərbçi minaya düşüb

Bakı. 19 iyul. REPORT.AZ/ İyulun 19-da Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət edən hərbçilərdən biri minaya düşərək yaralanıb.

Bu barədə "Report" erməni KİV-lərinə istinadən xəbər verir.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, müqavilə əsasında N saylı hərbi hissədə xidmət edən hərbçi marşrutdan kənara çıxıb və baldırından xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən hərbçiyə tibbi yardım göstərilib.

Hazırda hadisə yerində istintaq qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır. 

Son xəbərlər

Orphus sistemi