Ermənistanda həbsxananın əməliyyat qrupunun rəisi rüşvətə görə tutulub

Ermənistanda həbsxananın əməliyyat qrupunun rəisi rüşvətə görə tutulub Ona qarşı “İri məbləğdə rüşvət almaq” maddəsi ilə cinayət işi açılıb
Region
2 İyun , 2017 13:40
Ermənistanda həbsxananın əməliyyat qrupunun rəisi rüşvətə görə tutulub

Bakı. 2 iyun. REPORT.AZ/ Ermənistanın “Razdan” cəzaçəkmə müəssisəsinin əməliyyat qrupunun keçmiş rəisi V.A. məhkumdan və onun qohumlarından iri məbləğdə rüşvət tələb etmək və almaqda şübhəli bilinərək tutulub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi istintaq xidmətinin mətbuat katibliyindən bildirilib.

Məhkum A.M. deyib ki, keçmiş rəis 2015-ci ilin sentyabrında həyat yoldaşı və qardaşından hissə-hissə 3 min dollara yaxın rüşvət alıb.

Keçmiş rəisə qarşı “İri məbləğdə rüşvət almaq” maddəsi ilə cinayət işi açılıb.  

Son xəbərlər

Orphus sistemi