Ermənistanda hakimiyyətə sürpriz hazırlanır

Ermənistanda hakimiyyətə sürpriz hazırlanır Avropa İttifaqının Yerevandakı ofisinin binası qarşısında aksiya keçirilib.
Region
29 İyun , 2020 12:58
Ermənistanda hakimiyyətə sürpriz hazırlanır

Avropa İttifaqının Yerevandakı ofisinin binası qarşısında aksiya keçirilib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, aksiya iştirakçıları Ermənistanda baş verənlərin antikonstitusion və antidemokratik olduğunu vurğulayıblar. Təşkilatçılar bu məzmunda məktubu Aİ-nin nümayəndəliyinə təqdim ediblər.

Aksiyanı təşkilatçılarında biri, Ermənistan Respublikaçılar Partiyası Gənclər Təşkilatının sədri Hayk Məmicanyan deyib ki, məktubun nüsxəsini Yerevandakı 20-yə yaxın diplomatik təmsilçiliyə verəcəklər.

“Mən hesab edirəm ki, biz hakimiyyət üçün sürprizi qoruyacağıq. Onların qənaətincə, fövqəladə vəziyyət rejimində etiraz etmək olmaz. Sizi əmin edirəm ki, heç bir pozuntuya yol vermədən çoxsaylı etiraz aksiyası ilə tezliklə onları öyrədəcəyik. Hər şeyin vaxt çatacaq”, - H.Məmicanyan qeyd edib. 

Son xəbərlər

Orphus sistemi