Ermənistanda hakim partiyanın muzdluları seçicilərin səsini pulla alır

Ermənistanda hakim partiyanın muzdluları seçicilərin səsini pulla alır Ölkənin Ararat vilayətində seçkiqabağı rüşvətin məbləği artıq açıqlanıb
Region
1 Mart , 2017 14:06
Ermənistanda hakim partiyanın muzdluları seçicilərin səsini pulla alır

Bakı. 1 mart. REPORT.AZ/ “Ermənistanda hakim Respublikaçılar Pariyasının muzdlu adamları evbəev gəzərək hər səsə görə 30 min dram (70 dollara yaxın) təklif edirlər”.

“Report” xəbər verir ki, bu barədə “Joqovurd” (“Xalq”) qəzeti yazıb.

Məlumata görə, seçki günü yaxınlaşdıqca bu məbləğ artır. Ölkənin Ararat vilayətində seçkiqabağı rüşvətin məbləği artıq açıqlanıb. Orada hər səsə görə 70 dollara yaxın rüşvət verilir.

Ermənistanda parlament seçkiləri bu il aprelin 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi