Ermənistanda hakim partiyadan deputatlığa namizədlərin tərəfdarları arasında dava düşüb

Ermənistanda hakim partiyadan deputatlığa namizədlərin tərəfdarları arasında dava düşüb Toqquşmanı polis rəisinin qızışdırdığı bildirilib
Region
24 Fevral , 2017 12:57
Ermənistanda hakim partiyadan deputatlığa namizədlərin tərəfdarları arasında dava düşüb

Bakı. 24 fevral. REPORT.AZ/ Ermənistanın Ararat vilayətinin Masis şəhərində hakim Respublikaçılar Partiyasından deputatlığa namizədlərin tərəfdarları arasında siyasi təşkilatın yerli qərargahında dava-dalaş olub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, toqquşmanı polis rəisi qızışdırıb.

Hakim partiyadan olan deputat Murad Muradyan hadisə ilə bağlı bunları deyib: “Qarşı tərəf bütün sərhədləri aşıb. Toqquşmanın qızışmasına polis idarəsinin rəisi başçılıq edib. Təəssüf ki, siz bu vilayətdə baş verənlərdən xəbərsizsiniz”.

Məlumata görə, Masis Şəhər Polis İdarəsində hadisə ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, bir müddət əvvəl hakim partiyadan deputatlığa namizədlər Murad Muradyanla Araik Qriqoryanın seçki qərargahının üzvləri arasında dava-dalaş olduğu haqqında xəbər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi