Ermənistanda gələn il üçün kəsirli büdcə qəbul edilib

Ermənistanda gələn il üçün kəsirli büdcə qəbul edilib Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistanda 2018-ci il üçün büdcə kəsiri 156,9 milyard dram (323,69 milyon ABŞ dolları) olub.
Region
8 Dekabr , 2017 16:29
Ermənistanda gələn il üçün kəsirli büdcə qəbul edilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Ermənistanda 2018-ci il üçün büdcə kəsiri 156,9 milyard dram (323,69 milyon ABŞ dolları) olub.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Vardan Aramyan Ermənistan parlamentində növbəti il üçün dövlət büdcəsinin qəbulu zamanı bildirib.

"2018-ci il üçün ümumi büdcə gəliri 1 trilyon 308 milyard dram (2698,917 milyon ABŞ dolları), xərclər isə 1 trilyon 307 milyard dram (2696,854 milyon ABŞ dolları) məbləğində planlaşdırılıb. Kəsir 156,9 milyard dram (323,69 milyon ABŞ dolları) məbləğində saxlanılıb", - V. Aramyan deyib.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirilən iclasda 64 lehinə, 35 əleyhinə səslə 2018-ci il üçün dövlət büdcəsini qəbul edib.

Dövlət büdcəsi layihəsinə görə, 2018-ci ildə inflyasiya 4% (± 1,5%) səviyyəsində planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi