Yuxarı

Ermənistanda kriminal avtoritetə məxsus fondun rəhbəri ölkədən qaçmağa çalışıb

​Ermənistanda fond rəhbəri ölkədən qaçmağa çalışıb

Biznesmen Artur Asatryanın ("Don Pipo" ləqəbli kriminal avtoritet) sahibi olduğu "Artur Asatryan" fondunun rəhbəri təşkilatın pullarını mənimsəyib və ölkədən qaçmağa çalışıb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Amma fond rəhbəri gizlənə bilməyib. A.Asatryan onu yaxalatdıraraq məzəmmət edib və pulu borc verə biləcəyini vurğulayıb.

Mətbuatın yazdığına görə, kriminal avtoritetin belə davranmasına qohumluq əlaqələri səbəb olub. Belə ki, fond rəhbəri Eçməzdinin Əmlak Kadastrı Komitəsinin keçmiş rəhbərinin oğlu Artur Asatryanın bacanağıdır.

Həmçinin fond rəhbəri bir dəfə öz "qaçırılma" əməliyyatını təşkil edərək atasından 1 milyon dollar pul istəyib.

Qeyd olunur ki, "məxməri inqilab"dan sonra yaradılan fond xeyriyyə layihələrini həyata keçirmək məqsədlidir, lakin son vaxtlar mənimsəmə səbəbindən layihələr azalıb.

A.Asatryanın özü əvvəlcədən müəyyən şəxslərlə əlbir olaraq və insan sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə 3 nəfəri qaçırmaqda, habelə qanunsuz silah əldə etməkdə və saxlamaqda şübhəli bilinir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi