​Ermənistanda fəallar əhalini yenidən meydanlara çağırıb

​Ermənistanda fəallar əhalini yenidən meydanlara çağırıb İrəvanda bir qrup fəal Azadlıq meydanına toplaşıb
Region
15 İyul , 2015 07:39
​Ermənistanda fəallar əhalini yenidən meydanlara çağırıb

Bakı. 15 İyul. REPORT.AZ/ Polis əməkdaşlarının elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən vətəndaşlara qarşı davranışlarından narazı olan "Talana yox" hərəkatının fəalları iyulun 14-də İrəvanda Baş Prokurorluğa doğru yürüş ediblər və tələblərinin yer aldığı məktubu baş prokurora təqdim ediblər.

"Report" "Novosti Armeniya" nəşrinə istinadən xəbər verir ki, məktubda nümayişçilərə qarşı güc tətbiq edən polislərin cəzalandırılmalı olduğu bildirilir.

"İyunun 23-də dinc nümayişdə vətəndaşların hüquqları pozulub. Fəalların tələbləri, həmçinin növbəti maddələri özündə əks etdirir: birinci, polis əməkdaşları xidməti vəzifələrini yerinə yetirən zaman uniformada olmalıdırlar; ikinci, əgər mitinqdə yetkinlik yaşına çatmayan şəxslər iştirak edirlərsə, polisin xüsusi vasitələrdən istifadə etmək hüququ yoxdur", - deyə "Talana yox" təşəbbüsünün üzvü, hüquqşünas Ara Karaqezyan bildirib.

Bununla yürüş başa çatıb.

Lakin "İnterfaks"ın məlumatına görə, bir qrup nümayişçi İrəvanın Azadlıq meydanında qalıb. Etirazçıların liderlərindən biri - David Sanasaryan "bütün vətəndaşların mübarizəni davam etdirmək üçün meydana toplaşmasını" tələb edərək aclığa başlayıb.

Nümayişçilər paytaxtın mərkəzi ilə yürüş planlaşdırsalar da, polis buna imkan verməyib.

Son xəbərlər

Orphus sistemi