Yuxarı

​Ermənistanda etirazçılar baş nazirlə görüş tələb edir

Aksiya iştirakçıları parlamentin sədri ilə görüşmək istəmədiklərini bildirib

Bakı. 27 yanvar. REPORT.AZ/ İrəvanda iş adamlarının Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası davam edir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkənin baş naziri ilə görüşmək istəyir.

Vətəndaşların qəbulu idarəsinin rəisi Aleksandr Kazaryan etirazçılara bu gün saat 13.30-da parlamentin sədri Ovik Abramyanın onların 10 nəfər təmsilçisini qəbul edəcəyini söyləyib. Ancaq aksiyaçılar onunla görüşməkdən imtina edib.

İş adamları baş nazirin onlarla hökumət binasının həyətində görüşməsi tələbini irəli sürüblər.

Xatırladaq ki, iş adamları vergi ilə bağlı yeni qanuna qarşı etiraz aksiyası keçirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi