​Ermənistanda etiraz aksiyası keçirilib

​Ermənistanda etiraz aksiyası keçirilib Vilayət başçısı fəhlələrə yardım edə bilməyəcəyini bildirib
Region
7 Sentyabr , 2015 19:00
​Ermənistanda etiraz aksiyası keçirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Vanadzor Kimya sənaye" zavodunun işçiləri Ermənistanın Lori vilayətinin administrasiyası qarşısında etiraz aksiyası keçirib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Aksiya bu gün keçirilib. İşçilər 9-10 aydır ödənilməyən əmək haqlarının verilməsini tələb ediblər. Lori vilayətinin qubernatoru Artur Nalbandyan etirazçılarla görüşərək onlara yardım edə bilməyəcəyini söyləyib. Qubernatorun cavabından sonra aksiya iştirakçıları beynəlxalq əhəmiyyətli Vanadzor-Alaverdi avtomobil yolunu kəsiblər. Polis onlara mane olmağa çalışıb. 

Qeyd edək ki, zavod işçiləri bir ay öncə eyni tələblərlə etiraz aksiyası keçirmişdi.

Son xəbərlər

Orphus sistemi