Yuxarı
    Bağlamaq

    ​Ermənistanda sabah da etiraz aksiyası keçiriləcək

    Aksiya iştirakçısı: Biz əhalini sabah saat 18:00-da Azadlıq meydanına toplaşmağa çağırırıq

    Bakı. 24 iyun. REPORT.AZ/ Ermənistanda etiraz aksiyasının təşkilatçıları əhalini iyunun 25-də Yerevanda keçiriləcək mitinqə çağırıblar.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    "Biz əhalini sabah saat 18:00-da "Azadlıq" meydanına toplaşmağa və Baqramyan prospektindən birlikdə mitinqə getməyə çağırırıq ", - aksiya iştirakçıları bildirib.

    Məlumata görə, Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında da Yerevandakı nümayişçilərə dəstək aksiyası keçirilib. 

    Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi