Ermənistanda etiraz aksiyalarında iştirak edən fəal gənc həbs olunub

Ermənistanda etiraz aksiyalarında iştirak edən fəal gənc həbs olunub Bakı. 20 aprel. REPORT.AZ/ Yerevan Məhkəməsi aktivist Tiqran Mazmanyanın 2 aylıq həbsi barədə qərar çıxarıb.
Region
20 Aprel , 2018 03:51
Ermənistanda etiraz aksiyalarında iştirak edən fəal gənc həbs olunub

Bakı. 20 aprel. REPORT.AZ/ Yerevan Məhkəməsi aktivist Tiqran Mazmanyanın 2 aylıq həbsi barədə qərar çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "News.am" məlumat yayıb.

Bildirilir ki, parlamentin "Çıxış" bloku fraksiyasının 5 deputatının Mazmanyana təminat vermələrinə, fraksiyanın rəhbəri Nikol Paşinyanın ölkənin dövlət radiosunun binası qarşısındakı insidtentə görə şəxsən məsuliyyət daşıdığını elan etməsinə baxmayaraq, məhkəmə onun barəsində həbs qərarı çıxarıb.

Ona qarşı irəli sürülən ittihama əsasən, Mazmanyanı 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Aksiya fəalının vəkili Ara Karaqezyan məhkəmənin qərarını qanunsuz adlandırıb.

Eyni işə görə saxlanılan Erik Xaçatryana qarşı ittihamlar hələ irəli sürülməyib.

Mazmanyan və Xaçatryan dövlət radiosunun binası qarşısında baş verən hadisələrdə iştirakda şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi