Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb

Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb Hadisə Yerevanda Şimal avtovağzalı yaxınlığında baş verib
Region
15 Avqust , 2016 12:03
Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb

Bakı. 15 avqust. REPORT.AZ/ Yerevanda Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 8 əsgər yaralanıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə Yerevanda Şimal avtovağzalı yaxınlığında baş verib. Avtomobildə 16 əsgər olub. Hadisə hərbçiləri daşıyan avtomobillə "Niva" markalı maşının toqquşması nəticəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi