Ermənistanda ərzaq dükanında partlayış olub, azı 2 nəfər ölüb

Ermənistanda ərzaq dükanında partlayış olub, azı 2 nəfər ölüb Dağıntı altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır
Region
14 Fevral , 2017 12:57
Ermənistanda ərzaq dükanında partlayış olub, azı 2 nəfər ölüb

Bakı. 14 fevral. REPORT.AZ/ Ermənistanın Kotayk vilayətinin Lernanist kəndində ərzaq dükanının dağılıb uçması nəticəsində azı 2 nəfər ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu kəndin icra nümayəndəsi Artyom Ayrapetyan bildirib.

Onun sözlərinə görə, dağıntı altında qalanların xilas edilməsi istiqamətində əməliyyat aparılır.

Məlumata görə, dağıntının baş verməsinə səbəb kimi partlayış göstərilib. 

Son xəbərlər

Orphus sistemi