Bakı. 26 avqust. REPORT.AZ/ Ermənistanda əri həyat yoldaşını yatdığı yerdə bıçaqlayaraq öldürüb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Belə ki, Araqatsotn (əsl adı Əştərəkdir) vilayətinin Gexadir kəndinin (əsl adı Kərpicli kəndi) sakini 55 yaşlı Gevorq Qaloyan 52 yaşlı arvadı Qayane Qriqoryanı yatdığı zaman döş qəfəsindən bıçaqlayıb. O, xəstəxanaya aparılarkən təcili yardım maşınında ölüb.
G.Qaloyan isə həbs edilib. Ona qarşı cinayət işi açılıb.