Ermənistanda energetika və təbii resurslar naziri dəyişib

Ermənistanda energetika və təbii resurslar naziri dəyişib Energetika naziri postuna Levon Yolayn təyin olunub
Region
1 Mart , 2016 11:55
Ermənistanda energetika və təbii resurslar naziri dəyişib

Bakı. 1 mart. REPORT.AZ/ Ermənistanın energetika və təbii resurslar naziri Yervand Zaxaryan bazar ertəsi prezident Serj Sarqsyanın imzaladığı fərmanla vəzifəsindən azad edilib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, E.Zaxaryanın yerinə energetika naziri vəzifəsinə öz növbəsində, Ermənistan Nəzarət Palatasının sədrinin müavini vəzifəsindən azad edilmiş Levon Yolayn təyin olunub.

E.Zaxaryanın istefaya göndərilməsinin səbəbləri barədə məlumat verilmir. Amma yerli KİV artıq sabiq energetika nazirinin təqaüdə çıxdığını, mayda onun 70 yaşının olacağını yazıb.

Son xəbərlər

Orphus sistemi