Yuxarı

​Ermənistanda elektrik enerjisi istehsalı azalıb

Sənayedə ümumi məhsulların istehsal həcmində də enmə müşahidə olunub

Bakı.24 fevral. REPORT.AZ/ Ermənistanda sənaye məhsulları istehsalının həcmi 6,3% azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Statistika Xidməti bildirib.

Xidmət bu ilin ölkə iqtisadiyyatı üçün uğurlu başlamadığını vurğulayıb.

Məlumata görə, ötən ilin yanvarı ilə müqayisədə isə sənaye məhsullarının həcmi 10%-ə yaxın azalıb.

Xəbərdə bildirilib ki, 2014-cü ildə dağ-mədən sənayesində məhsul hasilatı və yeni karxanaların açılmasında da 7,6% enmə müşahidə olunub.

Ermənistan iqtisadiyyatının elektrik enerji istehsalı sənayesi sahəsində də geriləmə müşahidə edilib. Ötən ilin yanvarı ilə müqayisədə illik elektrik enerjisi hasilatı 159 milyon kvt/saat və ya 19,7% azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi