Yuxarı

​Ermənistanda ekstrasensin qatili həbs edilib

20 yaşlı Yerevan sakinə qarşı quldurluq və qətl maddələri ilə ittiham irəli sürülüb

Bakı. 10 avqust . REPORT.AZ/ Ermənistanda qadın-ekstrasensin 20 yaşlı qatili həbs edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, ekstrasens Ani Məcunyanın qətlinin səbəbləri müəyyənləşib.

Əldə edilən dəlil-sübuta əsasən, 20 yaşlı Yerevan sakini Muşeq Mxitaryana qarşı quldurluq və qətl maddələri ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Məlumata əsasən, hadisə ilə bağlı istintaq davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi