Yuxarı

​Ermənistanda əhalinin sayı sürətlə azalır - RƏSMİ STATİSTİKA

SSRİ dağılandan sonra ölkə əhalisinin sayı bir milyon azalıb

Bakı. 29 aprel. REPORT.AZ/ Ötən illin apreli ayı ilə müqayisədə Ermənistan əhalisinin sayı 12 min 300 nəfər azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidməti açıqlayıb. 

Qurumun məlumatına görə, bu ilin əvvəlindən isə ölkə əhalisinin sayı 4 min 2 nəfər azalıb. Hesabat dövründə əhalinin təbii artımı min 500 nəfər, mühacirət edənlərin sayı 5 min 700 nəfər olub.

2016-cı il aprelin 1-nə olan məlumata əsasən, Ermənistan əhalisinin sayı 2 milyon 994 min 400 nəfərdir.

Erməni sosioloqları bildiriblər ki, 1970-ci illərdən sonra ilk dəfə olaraq, ölkə əhalisinin sayı 3 milyondan az olub. SSRİ dağılandan sonra ölkə əhalisinin sayı bir milyon azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi