Yuxarı
    Bağlamaq

    ​Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 18 nəfərə çatıb

    Epidemiya ilə əlaqədar məktəb və uşaq bağçalarının tətili iki dəfə uzadılıb

    Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistanda H1N1 virusu ("donuz qripi") epidemiyasından ölənlərin sayı 18 nəfərə çatıb.

    "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Armen Muradyan jurnalistlərə açıqlamasında bildirib.

    Məlumata görə, epidemiya ilə əlaqədar məktəb və uşaq bağçalarında tətil müddəti iki dəfə uzadılıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi