Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 10-a çatıb

Ermənistanda "donuz qripi"ndən ölənlərin sayı 10-a çatıb Virus Yerevanda daha iki nəfərin həyatını itirməsiylə nəticələnib
Region
13 Yanvar , 2016 14:11
Ermənistanda donuz qripindən ölənlərin sayı 10-a çatıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Yerevanda "donuz qripi"ndən (H1N1 vurusu) daha iki nəfər ölüb. Bununla da Ermənistanda bu virusdan ölənlərin sayı 10-a çatıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Arutyunyan məlumat verib.

Onun sözlərinə görə, 41 yaşlı kişi xəstəliyin başlanğıc sonra bir həftə sonra çox ağır vəziyyətdə tibbi yardım üçün müraciət edib. Həkimlərin 10 gün ərzində göstərdiyi səylər nəticə verməyib.

Bundan əlavə, Surb tibb mərkəzində "H1N1 virusu"na yoluxan və süni tənəffüs aparatına qoşulan 50 yaşlı Rafik Vardanyan dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi