Bakı. 15 yanvar. REPORT.AZ/ Ermənistanda H1N1 tipli "A" qripindən ("donuz qripi") ikinci ölüm halı qeydə alınıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan
"62 yaşlı kişi ürək çatışmazlığından vəfat edib. O, H1N1 tipli "A" qripinə yoluxmuşdu. Kişi həkimlərə gec müraciət edib", - məlumatda deyilir.
Qeyd edək ki, ötən həftə də bir qadın ölüb.
Ermənistan Səhiyyə Nazirliyinin mütəxəssisləri uşaq bağçaları və məktəblərdə monitorinq aparmaqda davam edirlər.
Daha əvvəl Ermənistanda 10-dan çox "donuz qripi"nə yoluxma halı qeydə alınıb.
Gürcüstanda isə "donuz qripi"ndən ölənlərin sayı 17 nəfərə çatıb.