Yuxarı

Ermənistanda donuz ətinin qiyməti 38,2 faiz bahalaşıb

Ermənistanda donuz ətinin qiyməti 38,2 faiz bahalaşıb
Mal əti resursu təxminən 4 faiz, donuz əti isə 16 faiz azalıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Cari il Ermənistanda donuz ətinin qiyməti 38,2 faiz, qoyun 15,8, mal əti isə 6,2 faiz bahalaşıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Milli Statistika Komitəsinin yanvar-iyun aylarına dair yaydığı hesabatda bildirilib.

İnformasiyaya əsasən, hesabat dövründə respublikada mal əti resursu təxminən 4 faiz, donuz əti isə 16 faiz azalıb.

Məlumata görə, Ermənistan bazarına Braziliyadan ixrac edilən donuz ətinin həcmi 80 faiz artıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi